25 Noyabr 2024 15:10

“SOCAR Methanol” istehsalı ikiqat artırıb

Azadsöz.az xəbər verir ki,  “SOCAR Methanol” MMC bu ilin yanvar–fevral aylarında 94,9 min ton metanol istehsal edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən iki dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin 1 mart tarixinə müəssisənin anbarlarında 22,3 min ton hazır məhsul mövcuddur.

Ötən il “SOCAR Methanol” MMC 494,6 min ton metanol istehsal edib və, 89 milyon 858,38 min dollar dəyərində 501 min 571,52 tonluq metanol ixrac edib.

 

Bakının Qaradağ rayonundakı Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. “AzMeCo”nun zavodun tikintisi üzrə investisiyası 500 milyon dollar təşkil edib. Zavodun istehsal gücü ildə 720 min ton metil spirtidir.
Ankara escort İstanbul Travesti Shemale İstanbul