Bu barədə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu mətbuat konfransında bildirib.
O, Avropa Olimpiya Komitəsinin yarışın məhz bu şəhərdə keçiriləcəyinə qərar verdiyini açıqlayıb.
Qeyd edək ki, Avropa Oyunları ilk dəfə 2015-ci ildə Bakıda təşkil olunub. Turnir 2019-cu ildə Belarusun paytaxtı Minskdə, ötən il isə Polşanın Krakov şəhərində gerçəkləşib.