13 May 2024 06:47

Fərqliliyimiz Uğurumuzdur

Ukrayna AVRO-2024-ə vəsiqə qazandı

Azadsöz.az xəbər verir ki, Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının daha bir iştirakçısı bəlli olub.

Pley-offun finalında Ukrayna İslandiya ilə qarşılaşıb.

Oyunda hesabı islandiyalılar açsalar da, “sarı-mavilər” 2 top vuraraq qələbəni təmin etməyi bacarıb və AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıblar – 2:1.

Beləliklə də, Ukrayna seçməsi E qrupunda Belçika, Rumıniya, Slovakiyaya rəqib olub.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.