23 Noyabr 2024 19:28

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”ni 4 medalla başa vurublar

Azadsöz.az xəbər verir ki,  Gürüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb.

Azərbaycan yığması turnirdə 2 gümüş və 2 bürünc medal qazanıb.

Komandamız bu nəticə ilə ümumi hesabda 9-cu yeri tutub. Gürcüstan yığması meydan amilindən istifadə edərək, 1-ci yeri tutub (4-0-1). İspaniya (2-0-0) cüdoçuları 2-ci, Kanada (1-2-1) təmsilçiləri ilə 3-cü pillədə qərarlaşıblar.

Qeyd edək ki, millimizin heyətində Elcan Hacıyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıblar.

Ankara escort İstanbul Travesti Shemale İstanbul