23 Noyabr 2024 20:05

Rusiyanı terror aktı barədə xəbərdar etmişdik – Ağ Ev

Azadsöz.az xəbər verir ki,  ABŞ mart ayında Rusiya hökumətini Moskvada gözlənilən terror aktı barədə xəbərdar edib.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson “Reuters” agentliyinə deyib.

Onun sözlərinə görə, bu yaxınlarda ABŞ hökumətinə Moskvada izdihamlarda, o cümlədən, konsertlərdə gözlənilən terror aktı barədə məlumat daxil olub və bundan sonra ABŞ Dövlət Departamenti Rusiyadakı ABŞ vətəndaşları üçün ictimai xəbərdarlıq dərc edib.

“ABŞ hökuməti bu “mütləq xəbərdarlıq” siyasətinə əsasən bu məlumatı Rusiya hökuməti ilə də bölüşüb”, – deyə Ağ Evin nümayəndəsi əlavə edib.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə, azı 60 nəfər ölüb, 140-dan çox yaralanan var.

Ankara escort İstanbul Travesti Shemale İstanbul