Azadsöz.az xəbər verir ki, xalq artisti Röya Ayxanın Moskvada terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”dakı konserti təxirə salınıb.
Sənətçi bu barədə özünün “Instagram” hesabında məlumat verib.
O bildirib ki, iki dəqiqədən sonra səhnəyə çıxmalı idi:
“Hadisə ikinci zalda olub, bütün dostlarım narahatdırlar, zəng edirlər. Biz yaxşıyıq”.
Qeyd edək ki, “Crocus City Hall”-un konsert zalında silahlı insident olub. Baş verən atışma nəticəsində 12 nəfər qətlə yetirilib.
Konsert barədə tezliklə ictimaiyyətə məlumat veriləcək. Hazırda “Vegas Hall”da insanlar təxliyyə edilir.