25 Sentyabr 2024 13:22

Moskvada konsert zalında DƏHŞƏTLİ TERROR: Xeyli sayda ölən və yaralanan var -VİDEO: YENİLƏNİB

Azadsöz.az xəbər verir ki,  “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb.

Bina yanmağa davam edir. Yanğın sahəsi təxminən üç min kvadratmetr təşkil edir.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binada baş verən yanğının söndürülməsi üçün aviasiyadan istifadə edilir, helikopter yanan binaya su tökür, daha iki helikopter isə havaya qalxmağa hazırlaşır.

Qeyd olunub ki, “Crocus City Hall”un yaxınlığında içərisində partlayıcı maddə olan avtomobil ola bilər, Xüsusi Çevik Müdaxilə Dəstələri insanları binadan uzaqlaşdırırlar.

Həmçinin, yeni çökmənin baş verdiyi də bildirilir. Binadan qışqırıq səsləri eşidilir.

****

23:03

Azadsöz.az xəbər verir ki,  Moskvada “Crocus City Hall” ticarət mərkəzində yeni partlayış səsi eşidilib.

Qeyd olunub ki, bina tam mühasirəyə alınıb. Xüsusi Çevik Müdaxilə Dəstəsi binaya basqın etməyə başlayıb. Yanğınsöndürənlər də həmçinin binaya daxil olublar.

Bildirilib ki, terrorçular ticarət mərkəzinin zallarından birində barrikada qurublar.

Ticarət mərkəzində ilişib qalanların sayı barədə dəqiq məlumat yoxdur.

Verilən məlumata görə, hücum edənlərdən dördü cinayət yerindən qaça bilib.

****

22:27

Azadsöz.az xəbər verir ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.

Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.

****

22:10

Azadsöz.az xəbər verir ki,  Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda baş verən atışmada ölənlərin sayının 15-ə, yaralananların sayının isə 50-yə çatdığı bildirilib.

Bu barədə “Readovka” “Telegram” kanalı məlumat yayıb.

Qeyd edək ki, konsert salonunda partlayış baş verib və tavan çöküb. Eyni zamanda silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş açmasının görüntüləri də yayılıb.

****

21:42

Azadsöz.az xəbər verir ki,  Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb.

Bu barədə “Mash” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com