28 Noyabr 2024 14:53

Avropa Parlamenti Baltik dənizini Xəzər dənizi ilə birləşdirən Via Karpatia yolunun yeni hissəsini müzakirə edib

Azadsöz.az xəbər verir ki,  Brüsseldə Avropa Parlamentində Polşanın Hüquq və Ədalət Partiyasından (PİS) Avropa Parlamentinin üzvü Tomaş Poreyba Baltik dənizini Egey, Qara və Adriatik dənizləri ilə birləşdirən Şimal-Cənub oxu üzrə Avropa Birliyinin şərq sərhədi boyunca ən mühüm yol dəhlizi olan Via Karpatia-nın yeni hissəsinə həsr olunmuş dəyirmi masa keçirib.

Görüşdə Avropa Komissiyasının Nəqliyyat üzrə Nazirlər Kabinetinin sədr müavini Pablo Fabreqas Martinez, Türkiyənin Aİ yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Faruk Kaymakçı, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri səfir Vaqif Sadıqov, Gürcüstanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbərinin müavini Bidzina Cavaxaşvili və Hüquq və Ədalət Partiyasının üzvü Rışard Çarneçki iştirak ediblər.

“COVID-19 pandemiyası, Ukraynadakı müharibə və Yaxın Şərqdəki qeyri-sabitlik kontekstində biz daha dayanıqlı və sabit nəqliyyat şəbəkəsinə sahib olmaq üçün nəqliyyat marşrutlarını şaxələndirməliyik. Nəqliyyat müəssisələri, regionların müxtəlif hissələrini və vətəndaşları birləşdirir. Bu, təkcə iqtisadiyyatımızın əsasını təşkil etmir, nəqliyyatsız heç bir biznes ticarəti mümkün deyil”, – deyə Pablo Fabreqas Martinez bildirib.

Avropa Parlamentinin üzvü Tomaş Poreyba qeyd edib ki, Klaypedadan başlayaraq Kaunas, Belostok, Lublin, Jeşuv, Koşitse, Mişkolts, Debrecen, Oradea, Luqoy vasitəsilə Kalafat (Konstansa), Svilenqrad və Salonikidən keçən Via Karpatia dəhlizi Şimaldan Cənuba doğru ən qısa magistraldır.

O xatırladıb ki, bu beynəlxalq magistralın tikintisi ideyası əvvəlcə Polşa tərəfindən irəli sürülüb, daha sonra Aİ-nin digər altı üzvü (Litva, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan və Yunanıstan) qoşulub.

“Bizim ümumi səylərimiz sayəsində Via Karpatia bu gün Avropanın şərq bölgələrində ən mühüm tranzit marşrutudur. O, Avropa İttifaqının qurumları tərəfindən tam şəkildə tanınıb və buna görə də yolun bütün hissələri TEN-T-yə daxil edilib. Türkiyə və Gürcüstan vasitəsilə Azərbaycana nəqliyyat əlaqələrini genişləndirmək, Xəzər dənizini əhatə etmək üçün doğru an yetişib”, – Poreyba vurğulayıb.

Via Karpatia-nın yeni hissəsi – Qafqaz Yol Dəhlizi haqqında danışan Poreyba bildirib ki, bu dəhliz, Türkiyə və Qafqaz ölkələrindən (Ermənistan, Azərbaycan və Gürcüstan) Baltik dənizinə birbaşa çıxış açacaq.

“Bu layihə regionun inkişafına töhfə verəcək və onun iqtisadi artımını əhəmiyyətli dərəcədə sürətləndirəcək”, – o vurğulayıb.

Türkiyənin səfiri Faruk Kaymakçı bildirib ki, Şimali Avropa ölkələrinə asanlıqla çatmaq imkanı investisiya cəlb edəcək və böyük şirkətlər, eləcə də kiçik və orta sahibkarlar üçün əlverişli biznes və sənaye mühiti yaradacaq.

“Bu, iş yerlərinin açılmasına, işsizliyin azalmasına və vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq. Türkiyə bu məsələdə Aİ ilə fəal əməkdaşlığa hazırdır”, – o əlavə edib.

Azərbaycan Respublikasının səfiri Vaqif Sadıqov enerji təhlükəsizliyi kontekstində bu yeni beynəlxalq avtomobil dəhlizinin ondan istifadədə maraqlı olan ölkələr üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Xəzər dənizinin və Cənubi Qafqazın Aİ ilə birləşdirilməsi hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edən məsələ olmalıdır”, – deyə o bildirib.

Gürcüstanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbərinin müavini Bidzina Cavaxaşvili qeyd edib ki, Tbilisi bu nəqliyyat planlarını alqışlayır və onların həyata keçirilməsi üçün əməkdaşlığa hazırdır.

Milli Məclisin deputatı Tural Gəncəliyevin fikrincə, Xəzər dənizi ilə Avropa İttifaqı arasında yeni avtomobil əlaqəsi Cənubi Qafqazın iqtisadi inkişafını sürətləndirməklə yanaşı, siyasi əməkdaşlığın mühüm elementinə çevrilə bilər. O qeyd edib ki, bu, həm də Avropa üçün Azərbaycanla möhkəm əlaqələr qurmaq, onun artan rolundan və iqtisadi potensialından yararlanmaq üçün gözəl imkandır.

“Biz Baltik, Egey, Qara və Adriatik dənizləri arasında Şimal-Cənub oxu boyunca uzanan və bununla da Avropa İttifaqının iqtisadi və ərazi birliyinin təşviqi prosesinə uyğunlaşan Via Karpatia-nın əhəmiyyətini vurğulamalıyıq. Bu dəhliz Mərkəzi və Cənubi Avropanın sosial və iqtisadi inkişafına töhfə verməkdədir. Türkiyə və Azərbaycan kimi ölkələr bu dəhlizlərin layihələrdən reallığa çevrilməsində mühüm rol oynayır. Aİ trans-regional ticarət dəhlizi layihələrinə investisiya qoymağa və aparıcı rol oynamağa davam etməlidir. Bu qarşılıqlı əlaqə Avropa mallarının və məhsullarının rəqabət qabiliyyətini artırır”, – Riçard Çarneçki bildirib.

TEN-T şəbəkəsinin yeni regionlara daha da genişləndirilməsi üçün davam edən danışıqlara gəlincə, Poreyba qeyd edib ki, əldə etdiyimiz uğurlarla kifayətlənmək olmaz.

“Biz bu fürsətdən istifadə edərək Baltik dənizini yeddi Avropa ölkəsi vasitəsilə Xəzər dənizi ilə birləşdirən yeni perspektivli yol layihələrini təşviq etməliyik. Bütün ölkələr konsepsiya, infrastruktur, plan və ideyalar baxımından hazırdır. Onlar əlaqəni təkmilləşdirməyə hazırdırlar”, – deyə o bildirib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul