Azadsöz.az xəbər verir ki,bu ilin yanvar-fevral aylarında Azərbaycan 8 min 180 ton ət idxal edib.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 17 milyon 442 min ABŞ dolları olub.
Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 858 ton (11,7%), dəyər baxımından isə 5 milyon 450 min ABŞ dolları (45,4 %) çoxdur.