29 Noyabr 2024 00:33

Azərbaycanda “TikTok”a giriş şəxsiyyət vəsiqəsi ilə olacaq? – AÇIQLAMA

“TikTok”da qeydiyyatın şəxsiyyət vəsiqəsilə olması haqqında yayılan məlumatların heç bir əsası yoxdur. Həqiqətə uyğun deyil və reallığı əks etdirmir”.

Azadsöz.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

“Ümumiyyətlə qlobal resurslarda milli identifikasiya vasitələri ilə qeydiyyat məsələsi texniki və hüquqi cəhətdən indiki anda mümkün deyil, müzakirə predmeti deyil. Bizim vətəndaşlarımıza məxsus fərdi məlumatların hansısa xarici qurumlara məxsus serverlərdə emal olunması, identifikasiya olunması indiki anda real deyil. Hətta onların serverlərinin Azərbaycanda yerləşəcəyi təqdirdə bu ağlabatan görsənmir və Azərbaycan hökuməti ilə TikTok arasında bu tip identifikasiya məsələsi müzakirə predmeti olmayıb.

Eyni zamanda diqqətə çatdırmaq istərdim ki, Azərbaycanın xüsusi xidmət və digər əlaqəli qurumları ilə “TikTok” arasında yetərincə əlaqələr var. “TikTok” yeganə qlobal resurslardandır ki, Azərbaycan rəsmiləri və hətta qeyri-rəsmiləri ilə təmasları yetərincədir. Azərbaycana qarşı hesabatlıdırlar. Bizim təhlükəsizlik qurumlarının “TikTok”la əlaqəli apardığı uğurlu əməliyyat axtarış tədbirlərinə əsasən onu demək o olar ki, lazım olanda bu qurumlar “TikTok”la bir başa əlaqə qurub zəruri məlumatları əldə edə və ya sildirə bilirlər.

Yeri gəlmişkən, ümumiyyətlə qlobal resurslardan “istifadəçilərlə bağlı məlumatlar əldə etmək, nəyisə sildirmək” həmişə milli hökumətlər üçün problemli məsələ olub. Bu asan deyil, məhkəmə qərarları, əsaslandırılmış sorğular və s. olmalıdır. “TikTok”un öz qaydalarına zidd olan məlumatları sildirmək daha asan olur, nəinki ölkədaxi qanunlara zidd olan olanlar. Burada ikili standartlar həmişə var.

Amma bir daha vurğulamaq istərdim ki, bildiyim qədər “TikTok”un yerləşdiyi Sinqapur güc strukturları ilə Azərbaycan arasında  əlaqələr var və Azərbaycanın güc strukturlarından da tez-tez onlara sorğular alırlar. Təsəvvür edin ki, Azərbaycan güc strukturlarından “TikTok”a daxil olan bir sorğunu Sinqapur prokuroru bu ölkənin qərarları çərçivəsində həll etməlidir. Sadəcə, bu tip sorğuların icrası bütün milli hökumətlər üçün baş ağrısıdır.

Sonuncu dəfə “TikTok” rəsmiləri ilə Azərbaycan hökuməti arasında , Azərbaycan hökumətinin ötən il qəbul etdiyi, adətən  “Google vergisi” olaraq adlandırılan verginin ödənilməsi üçün TikTok-un DVX-də  qeydiyyatdan keçməsi məsələsi , Azərbaycan ekosisteminə dəstək verməsi məsələsi müzakirə mövzusu olub.

Bildiyim qədər “TikTok” İqtisadiyyat Nazirliyində DVX rəsmilərinin də iştirak etdiyi toplantıda Azərbaycanda qazandığı gəlirlərdən vergi ödəməyə razılıq verib və güman ki, artıq VÖEN də alıb”, – deyə O.Gündüz qeyd edib.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul