Azadsöz.az xəbər verir ki, Goranboy rayonunun Qaraçinar kəndində yerləşən mağazalardan birindən oğurluq hadisəsi baş verib.
Naməlum şəxs və ya şəxslər tərəfindən mağazadan tütün məmulatları, kontur kartları və pul aparatı oğurlanıb.
Oğurluq faktını törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin tapılması üçün Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.