28 Noyabr 2024 18:41

Müdafiə Nazirliyindən əsgər görüşünə hazırlaşan valideynlərə MÜRACİƏT

Azadsöz.az xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq hərbi hissələrdə keçiriləcək silsilə tədbirlərdə hərbi qulluqçuların ailə üzvləri və yaxınlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı məhdudlaşdırılıb.

Nazirlik ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısını alınması məqsədilə görülən tədbirləri anlayışla qarşılamağı və bayram tədbirlərinə gəlməməyi xahiş edir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul