12 May 2024 06:50

Fərqliliyimiz Uğurumuzdur

Türkiyədə ağır yol qəzası baş verib, yaralılar var

Azadsöz.az xəbər verir ki, Türkiyənin Kırşəhər şəhərində avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi 15 nəfərin yaralanması ilə nəticələnib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, Ankaradan Kayseriyə hərəkət edən sərnişin avtobusunun şəhərin Mucur rayonu ərazisində xəndəyə aşıb.

Qəzada yaralanmış sürücü də daxil olmaqla 15 nəfər Mucur və Kırşehirdəki xəstəxanalara aparılıb.