Azadsöz.az xəbər verir ki, hakimiyyətdə olan Niger hərbçiləri ABŞ qoşunlarının Afrika ölkəsi ərazisində qalmasına imkan verən hərbi sazişi ləğv edib.
Qərarın səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, Niger ordusu iyulun sonunda milli televiziya vasitəsilə Prezident Məhəmməd Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını elan edib. Ölkədə hakimiyyəti ələ alan prezident qvardiyasının komandiri, general Abdurahman Tçianinin başçılıq etdiyi hərbçilər Fransa ilə də hərbi müqavilələrin denonsasiya edildiyini açıqlayıblar.