28 Noyabr 2024 06:56

Avropa Parlamentinin Bakı qərəzi: yalan, saxtakarlıq və ikiüzlülük

Azadsöz.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidanın görüşündən və keçirdikləri danışıqlardan sonra qəbul edilmiş birgə bəyanatın mətnində çox maraqlı məqam var.

“Cənubi Qafqaza gəldikdə isə, dövlət katibi Blinken və nazir Fidan Azərbaycanla Ermənistan arasında balanslaşdırılmış və dayanıqlı sülh müqaviləsinin imzalanmasına doğru bir hərəkət edəcəklərini vəd edərək razılaşdılar ki, bu, regonal stabilik, əməkdaşlıq və rifaha töhfəsini verəcək”, – bəyanatda deyilir.

Sənəddə maraq çəkən məqam da elə “balanslaşdırılmış” ifadəsidir: yerdə qalan bütün digər ifadələr, terminlər və söz birləşmələri adi, rutin diplomatik kazuistikadır.

Birləşmiş Ştatlar “balanslaşdırılmış sülh sazişi” dedikdə nəyi nəzərdə tutur?

Ümumiyyətlə, hazırda HƏMAS-la İsrail, Ukrayna ilə Rusiya, Somali və Somalilend, Efiopiya və Eritreya, Venesuela və Qayana arasındakı qarşıdurmalarda Vaşinqton belə “balanslaşdırılmış” razılaşmanın tətbiqinə nail ola bilərmi?

44 günlük İkinci Qarabağ Müharibəsində kapitulyasiyaya uğrayan, ötən ilin sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Xankəndidəki separatçı-terrorçu xunta kimi təsir vasitəsini itirən Ermənistan sülh sazişini imzalamağa meylli olmayıb və deyil.

Ermənistanın baş naziri Nikol Paşinyanı rəsmi Bakı ilə ikitərəfli danışıqlara sövq və vadar edən də məhz Azərbaycandırsa, hansı balansdan bəhs olunur?!

Uzun çəkən zahiri susqunluqdan sonra ABŞ-ın Bakı və İrəvan arasında imzalanacaq sülh sazişini məhz Ankara ilə müzakirə etməsi təbii ki, təqdirə layiqdir.

Lakin əsas məsələ Cənubi Qafqaz regionunda formalaşmış reallığı qəbul etmək, Azərbaycanın irəli sürdüyü ədalətli şərtlərin Ermənistan tərəfindən qəbulununq labüdlüyünü anlamaq və buna dəstək verməkdir.

Əfsuslar olsun ki, əvvəlki illərdə Azərbaycanla Ermənistan arasındakı danışıqlara ABŞ-ın təkan vermək əvəzinə ətalət mühiti yaratmasını görmüşük, indi də həmin vəziyyətin yaradılmasına cəhdləri müşahidə edirik.

Etoni Blinken təcrübəli diplomat olduğundan Birləşmiş Ştatların yaxın müddətlə bağlı gerçək məqsədlərini açıqlamadı təbii ki.

Ancaq Vaşinqton sülh sazişinin imzalanmasının ilkin şərtləri kimi Türkiyə-Ermənistan sərhədinin açılmasının və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına start verilməsinin gərəkli olduğunu bəyan edərsə, danışıqlar prosesində ciddi maneələr yaranacaq.

Sülh sazişi ilə bağlı Vaşinqtonun Ankara ilə qarşılıqlı məsləhətləri pis olay deyil. Pis olan Blinkenin “balans” aramasıdır.

Vaşinqtonun mövqeyinin şübhə yaratması ilə bağlı ehtimallarə əsassız deyil.

Belə ki, 2024-cü ildə yarana biləcək təhlükələr və təhdidlərlə bağlı “ABŞ kəşfiyyat strukturlarının illik təhlükələri dəyərləndirməsi” (“Annual Threat Assessment of the U.S. Intelligence Community”) adlı hesabatında vurğulanır: “Azərbaycan bu il Ermənistana hücum edə bilər. Bakının məqsədi Naxçıvanla birbaşa əlaqəyə nail olmaq üçün Zəngəzur dəhlizi layihəsini reallaşdırmaqdır”.

Halbuki rəsmi Bakı indiyədək dəfələrlə bəyan edib ki, Ermənistana qarşı heç bir hücum planı hazırlamayıb və belə niyyəti də yoxdur.

Cənubi Qafqazla bağlı Qərbin formalaşdırmaq istədiyi konfiqurasiyanın çərçivəsində dünən Avropa Parlamentində qəbul edilmiş sənəd də təsadüf sayıla bilməz.

Belə ki, Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədlik imkanlarını nəzərdən keçirən qətnamə qəbul edib.

Qətnamənin lehinə 504, əleyhinə 4 səs verib. 32 nəfər bitərəf qalıb.

“Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və demokratiyanı gücləndirən islahatlar yolu ilə getməyə davam edərsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”, – qətnamə layihəsində deyilir.

Qətnamənin preambulasında BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və 1991-ci ilin 21 dekabr tarixli Almatı bəyannaməsi ilə yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən ilin oktyabrın 17-də Avropa Parlamentindəki çıxışına da istinad olunur.

“Son illər ərzində ciddi siyasi dəyişikliklərin yaşandığı” Ermənistanın MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondudaraq təhlükəsizliyin təminatı, iqtisadi əlaqələr, ticari dövriyyə və s. sahələrdə Rusiyadan asılılığını azaltmağa, Fransa, Yunanıstan, Kipr və Avropa İttifaqının digər ölkələri ilə hərbi-texniki əməkdaşlığı genişləndirməyə çalışmasının xüsusi vurğulandığı sənəddə Rusiya “Ermənistanın demokratik mövqelərini sarsıtmaq, dezinformasiya kampaniyaları və birbaş müdaxilələr vasitəsilə Ermənistanda xaos yaratmaq, stabilliyi pozmaq”da suçlanıb.

Cənəddə daha sonra Azərbaycan “Ermənistan ərazisinin 170 kvadrat kilometrlik hissəsini işğal etmək”də, “qarabağlı ermənilərə qarşı etnik təmizləmə siyasəti yürüdərək onları Ermənistana yollanmağa vadar etmək”də, “Qarabağda erməni tarixi və mədəni irsini məhv etmək»də, «qarabağlı ermənilərin bir dəstəsini qanunsuz həbs etməkdə və həbsdə saxlamaq”da, “qarabağlı ermənilərin liderlərini və de-fakto tanınmamış hakimiyyət mənsublarını həbs etmək”də suçlanır.

Qətnamədə Bakıda həbsdə olan erməni separatçıların “istisnasız olaraq hamısının dərhal azad edilməsi” tələb olunur.

Ən nəhayət, Xankəndində sabiq separatçı rejimin “parlament” binasının sökülməsi “Qarabağ ermənilərin mədəni-siyasi və tarixi simvollarının məhv edilməsi sırasından olan hadisə” kimi dəyərləndirilib.

Bütün bunlar azmış kimi, sənəddə Azərbaycan rəhbərliyi “aqressiv, kobud, irrident bəyanatlar səsləndirmək”də, “Ermənistanın ünvanına təhdidlər və hədələr səsləndirmək”də, “imzaladığı sənədlərə və beynəlxalq hüququn prinsiplərinə riayət etməmək”də suçlanıb.

Diplomatiyanın və beynəlxalq əlaqələrin məzmunu ilə mahiyyətinə tam zidd, elementar siyasi etik normalardan çox kənar olan sərsəm və idiotizm səviyyəsindəki iddialarla, Azərbaycanın ünvanına təhqiramiz ifadələrlə zəngin olan sənəd ölkəmizin suverenliyinə, ərazi bütünlüyünə və sərhəd toxunulmazlığına qarşı aşkar qəsd cəhdidir.

Bu sənəd Avropa siyasətinin anaxronizminə çevrilən, real geosiyasi təsir və siyasi təşviq elementlər bazasını çoxdan itirmiş Avropa Parlamentinin Azərbaycana qarşı ifrat qərəzli, subyektiv idiomalara və iddialara əsaslanan mövqeyini bir daha ortaya qoyur.

Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrıseçkilik, İslamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa daha faydalı quruma çevrilə bilərdi.

Qətnamə Azərbaycanla Avropa İttifaqı ölkələri arasındakı əlaqələri hədəfə alsa da, Avropa Parlamentindəki bir qrup deputatın kənardan idarə olunan «təşəbbüs»ləri nəticə verməyəcək, ölkəmizdə anti-Qərb mövqelərinin güclənməsinə hesablanmış növbəti cəhd uğursuz qalacaq.

Belə sənədlər Avropa Parlamentinin onsuz da demaqogik müzakirələr və pafoslu ibarələrlə zəngin mənasız diskussiyalar məkanına çevrilməsi ilə bağlı açıqlamaları növbəti dəfə təsdiqləməklə yanaşı, strukturun bəyan etdiyi dəyərlərlə heç bir əlaqəsi olmayan təşkilat olduğunu göstərdi.

Ankara escort İstanbul Travesti Shemale İstanbul