Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin olunub.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Azadsöz.az”-a bildirilib.
Agentlik direktorunun müvafiq əmri ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəllimi Samir Dadaşov Kollecin direktoru vəzifəsinə təyin edilib.
Samir Dadaşov 2001-ci ildə Bakı Dövlət Universitetinin “Tarix” ixtisası üzrə bakalavriat səviyyəsini, 2003-cü ildə isə eyni ixtisas üzrə həmin universitetin magistratura səviyyəsini fərqlənmə ilə bitirib. Həmin vaxtdan S.Dadaşov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim vəzifəsində çalışmağa başlayıb.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov