25 Noyabr 2024 22:03

Azərbaycan güclü dövlətdir və heç bir qüvvə bizə nəyisə diqtə edə bilməz! Prezident İlham Əliyev

Fevral ayının 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı dövlətimizin başçısı ölkəmizin Almaniya ilə münasibətləri, regionda hazırki vəziyyət və digər istiqamətdə önəmli məsələlərlə bağlı məqamlara toxunub.

Dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana növbəti səfərinin önəmini qeyd edib.

Məlum səfəri yüksək qiymətləndirən dövlətimizin başçısı ilk növbədə iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə mühüm rol oynadığını qeyd edərək bunu eyni zamanda əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Prezidentimizin görüşdə toxunduğu ən önəmli məsələlərdən biri sülh prosesi ilə bağlı idi ki, cənab prezident bununla bağlı olaraq bir çox məqamları yenidən xatırlatdı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan sülh prosesinə hər zaman sadiqdir. Məhz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edən tərəf Azərbaycan olmuşdur. Dövlətimizin başçısı görüşdə müəyyən qərb dairələrinin ölkəmizə qarşı əsassız mövqeyindən, Avropada islamafobiyanın, irqi ayrıseçkiliyin geniş yayılmasından da bəhs edib.

Azərbaycanın beynəlxalq birliyə, ayrı-ayrı təşkilatlara suveren dövlətlərə münasibəti səmimidir və özünə qarşı da belə davranılmasını tələb edir. Ölkəmizin davamlı olaraq qlobal təhdidlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə çağırışlar etməsi hər kəsə bəllidir. Regional və qlobal əməkdaşlığa samballı töhfələr verən ölkəmizin qətiyyətli mövqeyi ondan ibarətdir ki, ölkələrarası münasibətlər qarşılıqlı maraqlara əsaslanmalı, bərabərlik gözlənilməli və burada beynəlxalq hüquq normalarına istinad edilməlidir. Ancaq təəssüf doğuran haldır ki, Azərbaycanın dürüst, beynəlxalq hüquq normalarına əsaslanan siyasət aparmasına rəğmən biz bəzi beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin ölkəmizə münasibətlərində açıq-aşkar qərəzçiliyə yol verdiklərinin şahidi oluruq.

Azərbaycan ərazilərinin 30 il Ermənistanın işğalı altında olduğunu qeyd edən-dövlətimizin başçısı bildirdi ki, bu illər ərzində ermənilər həmin əraziləri dağıdıblar və 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Lakin biz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq addımlar atdıq, öz tarixi torpaqlarımızı düşmən tapdağından azad etdik. Qarabağ münaqişəsi artıq bir tarixdir. İndi masada sülh gündəliyidir. Bakı İrəvanı düşmənçiliyi bir kənara qoyub qonşuluq münasibətlərində yeni səhifə açmağa dəvət edir.

Görüş zamanı bu məqama da toxunaraq təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq inistitutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Cozef Borrel iddia edir ki, güya Azərbaycan Ermənistana qarşı ərazi iddiaları ilə çıxış edir və Azərbaycanın Ermənistan ərazisini “işğal etməkdə” günahlandırır. Prezident İlham Əliyev bildirdi ki, Cozef Borrelin qeyri-adekvat bəyanatları həqiqətdən tamamilə uzaqdır və məqsədlidir. Prezident İlham Əliyev qonaqların nəzərinə çatdırdı ki, bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır.

Dövlətimizin başçısı ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarını da əsassız hesab edib. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, ölkəmiz Avropa Şurasından tamamilə çıxması barədə məsələyə ciddi şəkildə baxa bilər. Azərbaycan güclü dövlətdir və heç bir qüvvə bizə nəyisə diqtə edə bilməz.

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə növbəti dəfə Azərbaycanın haqlı mövqeyini səsləndirməklə həm ölkəmizin sülh prosesinə sadiqliyini, həm də anti-Azərbaycan dairələrinə Azərbaycan haqqında məqsədli şəkildə mənfi təəssürat yaradanlara yerini göstərdi. Bununla bir daha dövlətimizin başçısı Azərbaycanın mövqeyinin hər zaman ədalət və beynəlxalq hüquq prinsiplərinə söykəndiyini nümayiş etdirdi.

Azadsöz.az

Ankara escort İstanbul Travesti Shemale İstanbul