22 Noyabr 2024 19:31

Azərbaycanda qohum evliliklərinin sayı ARTIB

Azadsöz.az xəbər verir ki, Ailə Məcəlləsinin 12 maddəsi yaxın qohumlar arasında nikahı qadağan edir. Bu baba və nənəsi, ata və anası eyni olan övladları nəzərdə tutur.

Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qohum nikahları ilə ictimai müzakirədə çıxış edərkən deyib.

O qeyd edib ki, Azərbaycanda bu məsələ daha çox ənənələrə söykənir.

“Övladlarının sağlamlığını düşünməyən insanların qanunla münasibətlərində həmişə problem yaranır. Bu kimi problemlər hansısa cinayət hadisəsi ilə nəticələnməsə belə ciddi fəsadlara səbəb olur.

Bu məsələ hökumətin də diqqətindədir. 2015-ci ildə Ailə Məcəlləsinə dəyişiklik edildi, nikahdan öncə tibbi müayinə tələbi qoyuldu. Tətbiq ediləndə problemlərə səbəb olacağı deyilsə də, normal tətbiq edildi və şikəst uşaqların doğulmasının qarşısı alındı.

2021-ci ildə 2363 qohum evliliyi qeydə alınıb. Onların 204-ü boşanma ilə nəticələnib. 2022-ci ildə isə 2542 evlilik idi, 608 boşanma qeydə alınmışdı”,- deyə o, əlavə edib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul