Azadsöz.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) sədri Ruslan Əliyev vəzifəsindən azad edilib.
SOCAR-ın prezidenti Rövşən Nəcəfin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru vəzifəsi Azər Məmmədova həvalə edilib.
Qeyd edək ki, bu təyinatadək A.Məmmədov baş direktorun müavini vəzifəsində çalışıb.