Azadsöz.az xəbər verir ki, 2024-cü ildə bağça müəllimlərinin sertifikasiyası aparılmayacaq.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi 2026-cı ilə qədər tamamlanacaq:
“Diaqnostik qiymətləndirmədə 17 min nəfər iştirak edəcək. Bu qiymətləndirmə ölkənin bütün ərazilərini əhatə edecək. İmtahanlar elektron qaydada tətbiq olunacaq və yay aylarında keçiriləcək. Növbəti ildən isə tərbiyəçilərin sertifikasiyasına başlanacaq”.