27 İyul 2024 03:52

Göyçayda baş verən qəzada 3 nəfər ölüb – YENİLƏNİB (FOTO)

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadsöz.az-a bildirilib ki, Göyçay rayonunun Müskürlü kəndi ərazisində KIA markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlülər – Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüblər. Digər bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qeyd edilib ki, qəzaya düşən “KIA Sportage” markalı avtomobil “Rent a car”a məxsus olub və icarə əsasında Xəqani Bağırov tərəfindən idarə edilirmiş.

Hadisənin onun dostları ilə birgə toydan çıxıb evə gedərkən baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb.

****

05:15

Azadsöz.az xəbər verir ki, ilkin məlumata əsasən, Göyçay-Ucar yolunda baş vermiş qəzada 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Hazırda üçüncü şəxsin meyiti kanaldan çıxarılır. Bildirilir ki, “Kia” markalı avtomobil idarəetməni itirərək kanala düşüb.

****

03:15

Azadsöz.az xəbər verir ki, Göyçay-Ucar avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı üç nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Hazırda əraziyə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub.

Yaralıların Ucar Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir.

Əlavə məlumat veriləcək.