27 İyul 2024 11:11

Mina qurbanlarının sayı 346-yə çatıb – XİN

Azadsöz.az xəbər verir ki, Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

“Bu gün partlayış nəticəsində 29 yaşlı mülki şəxs ağır yaralanıb. 2020-ci ilin noyabr ayından indiyədək mina partlayışlarında 346 azərbaycanlı qurban olub”, – paylaşımda deyilir.