27 İyul 2024 04:24

Naxçıvanda həmyaşıdını bıçaqlayan şəxs SAXLANILDI

Azadsöz.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Abbaslı İsmayıl Yəhya oğlunu bıçaqlamaqda şübhəli bilinən 2005-ci il təvəllüdlü Kərimov Tural Vəli oğlu artıq saxlanılıb.

Qeyd edək ki, hadisə dünən olub. Yaralı Naxçıvan Sağlamlıq Mərkəzinə aparılaraq əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır. (report)