18 May 2024 21:07

Vətəndaşlardan 16 sənədsiz tüfəng götürüldü

Azadsöz.az xəbər verir ki, İsmayıllı və Qəbələdə vətəndaşlardan 16 tüfəng götürülüb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat tədbirləri ilə İsmayıllı rayonunda 3, Qəbələdə isə son 2 ay ərzində 13 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.