23 Noyabr 2024 21:48

Gürcüstanın səhiyyə naziri istefa verib

Azadsöz.az xəbər verir ki, Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili istefa verib.

Xarici KİV-lərə istinadən xəbər veririk  ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Zurab Azaraşvili Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə söhbətdən sonra vəzifəsini tərk edib. Səhiyyə nazirinin istefa səbəbi açıqlanmayıb.

Hökumət başçısının yeni naziri yaxın vaxtlarda təqdim edəcəyi qeyd olunub.

Qeyd edək ki, Zurab Azaraşvili 2021-ci ildən etibarən Gürcüstanın səhiyyə naziri vəzifəsində çalışıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul