23 Noyabr 2024 21:54

Avropada fermer qiyamları: səbəblər nədir?

Azadsöz.az xəbər verir ki,  Ümumi məlumat: Son dövrlərdə Avropanın bir sıra mühüm ölkələrində fermer qiyamları müşahidə olunmaqdadır. Məsələn, bir neçə gün öncə Belçikanın paytaxtı Brüsseldə fermerlər yolu bağlayıb, İspaniyada isə fermerlər iki magistral yola peyin səpiblər. Fransada da analoji hadisə baş verib, etiraz plakatlarına “bədbəxtlik əkən qəzəb biçər” yazan fermerlər traktorları ilə magistral yollara çıxaraq onları bağlamaqla etirazlarını bildiriblər. Fermerlər Fransada dizel qiymətlərinə, pestisid istifadəsinə tətbiq edilən məhdudiyyətlərə, Portuqaliyada dövlət dəstəyinin azlığına, Belçikada torpaqların 4%-nin istifadəsiz qalması qərarına, subsidiyaların əsasən böyük təsərrüfatlara verilməsinə, İspaniyada isə ucuz məhsul idxalına səbəb olacaq ticarət sazişlərinə qarşıdırlar. Analoji vəziyyət Şərqi Avropa ölkələrindən olan Polşa və Çexiyada da davam etməkdədir və fermerlərin Ukraynadan idxal olunan ucuz məhsullara və Aİ-nin fermer siyasətinə qarşı kütləvi etirazlar səngimək bilmir.

Şəkil 1. Avropada fermer etirazlarının olduğu ölkələr




Fermer etirazlarının bu qədər geniş vüsət almasını araşdıranda məlum olur ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Aİ-nin Ukraynadan gələn kənd təsərrüfatı məhsullarını gömrük yoxlamasından azad etməsi əvvəlcə Şərqi Avropa sonra isə tədricən qitənin digər ölkələrini çətin vəziyyətdə qoydu. Buna etiraz olaraq ilkin mərhələdə küçələrə axışan polşalı fermerlər sərhəd keçid məntəqələrini bağlamağa çalışdılar. Müharibə eyni zamanda enerji və mazutun qiymətlərinin qalxması ilə nəqliyyat xərclərinin də artmasına gətirib çıxardı. Qısa zaman ərzində Polşadakı etirazlar İtaliya, Almaniya, Belçika və Fransaya da yayıldı. Fermerləri qəzəbləndirən digər əsas səbəblərdən biri MERKOSUR-la Aİ arasında 2000-ci ildən müzakirə olunan, tərəflərin 39 dəfə masa arxasında görüşməsindən sonra məhz 2019-cu ildə imzalanan müqavilədir. İttifaqın bir neçə ölkəsinin qəbul etməməsi səbəbindən ratifikasiya olunmayan müqavilə haqqında 2023-cü ilin sonunda müzakirələr yenidən intensivləşməyə başlayıb. Məlumat üçün bildirək ki, MERKOSUR 1991 və 1994-cü illərdə Brazilya, Argentina, Paraqvay və Uruqvay arasında imzalanan müqavilələr əsasında yaradılan Cənubi Amerika Ticarət Blokudur. Müqavilə imzalanacağı təqdirdə Aİ ilə MERKOSUR ölkələri arasında idxal və ixrac əməliyyatlarının həcminin artırılması, gömrük proseslərinin sadələşdirilməsi, Cənubi Amerika ölkələrindən Aİ-yə kənd təsərrüfatı məhsullarının daha aşağı vergiləndirmə əsasında gətirilməsi baş tutacaq. Qeyd edək ki, hələ 2019-cu ildə Polşa, Fransa, İrlandiya və Belçika fermerləri bu müqaviləyə etiraz ediblər. “Financial Times”-ın dünya ticarət siyasətində dönüş nöqtəsi adlandırdığı bu müqavilə 800 milyon insan üçün bazar yaratsa da, digər tərəfdən Aİ-nin bütün ölkələri müqaviləni qəbul edəcəyi təqdirdə Cənubi Amerikadan böyük həcmdə, daha aşağı vergi ilə kənd təsərrüfatı məhsulunun idxalı fermerlərin vəziyyətinin bir qədər də çətinləşməsinə və ittifaq ölkələrində kənd təsərrüfatının zəifləməsinə səbəb olacaq. Müqaviləyə yanaşma ölkədən-ölkəyə dəyişir. Əvvəllər yüksək vergi səbəbindən Cənubi Amerika bazarına yol tapmayan Almaniyanın avadanlıqlar, cihazlar istehsal edən şirkətləri bu müqavilə ilə bazara rahatlıqla çıxış əldə etsələr də, Aİ-nin qida təhlükəsizliyi, eləcə də fermerlərin gələcəyi baxımından bu sazişin problemlərə səbəb olacağı əvvəlcədən proqnozlaşdırılırdı. Bir sözlə, müqaviləyə yanaşmada hər bir Aİ ölkəsinin marağının fərqli olması onun tətbiqində də problemlərə gətirib çıxarır. Elə bu yaxınlarda, fevralın 2-də Fransanın baş naziri Qabriel Attal bir daha elan etdi ki, “Fransanın bu müqaviləni qəbul etməsi müzakirə mövzusu deyil.”

Şəkil 2: Fransa baş naziri Qabriel Attal və Almaniya kansleri Olaf Şoltsla MERKOSUR-la sazişi müzakirə edir

Avropa İttifaqına üzv ölkələrdə istehsal olunan kənd təsərrüfatı məhsulları, eləcə də ət qida təhlükəsizliyi baxımından keyfiyyətli hesab olunur. MERKOSUR-un mühüm ölkələrindən biri Brazilya isə dünyanın ən çox pestisid – böcək dərmanı istifadəçisidir, eyni zamanda ətraf mühitin qorunması ilə bağlı problemlər yaşayan ölkələr sırasındadır. Müqavilə Brazilyadan ucuz ətin, quşçuluq məhsullarının Aİ-yə idxalını nəzərdə tutur. Subsidiya ilə fəaliyyət göstərən Aİ ölkələrinin bu halda haqsız rəqabətlə üz-üzə qalacağı dəqiqdir. Məsələn, Brüsseldə etirazlara qoşulan fermerlərdən biri Emil Herbiet deyir: “Biz Aİ-nin vəziyyətimizdən xəbərdar olmağını

istəyirik. Həddindən artıq tənzimləmələr var, maaşlar kifayət qədər yüksək deyil, indi isə bizimlə eyni standartlara cavab verməyən fermerlərin olduğu MERKOSUR-a görə idxalla üz-üzəyik”.

Şəkil 3. Fransada fermer üsyanlarındakı sloqanlardan biri – “İşimizin qiyməti var”Digər məsələ isə fermerlərin maraqları ilə Aİ-nin ətraf mühit siyasəti və yaşıl enerjiyə keçid prosesində maraqlarının toqquşmasıdır. Fermerlər ilkin olaraq Aİ-nin “Yaşıl pakt”ında karbon, gübrələr və pestisidlərin istifadəsinə sərt məhdudiyyətlərin tətbiq edilməsinə görə kənd təsərrüfatı istehsalında ciddi məhdudiyyətlərlə üzləşəcəkləri üçün etiraz edirdilər. 2024-cü ilin yanvarında Aİ-nin 1990-cı illə müqayisədə 2030-ci ilə qədər istixana qazlarının emissiyasını ən az 55% azaltmağı hədəflədiyini bildirməsi etirazların daha da kəskinləşməsinə gətirib çıxardı. Çünki, bu kənd təsərrüfatı subyektlərinin fəaliyyətinin məhdudlaşmasına səbəb olacaqdır. Aİ-nin kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovskinə istinad etsək, bu bütün iqtisadiyyatların

hədəfidir, ancaq kənd təsərrüfatında məhz bu sahəyə spesifik olan xüsusiyyətlər nəzərə alınmalıdır.

Bu il dünyanın bir çox mühüm nöqtəsində eyni zamanda Avropanın əksər ölkələrində seçki ilidir. 2024-cü il həm də Hindistandan sonra dünyanın ikinci ən böyük demokratik seçki platforması hesab olunan, 400 milyondan çox seçicinin səs verəcəyi Avropa Parlamentinə seçkilərin keçiriləcəyi ildir. Belə olduğu təqdirdə sağçı partiyaların fermerlərin qəzəbinə sahib çıxması da gözdən qaçmır. Bu qədər həssas bir ildə fermer üsyanlarının bu qədər geniş yayılması və onları sakitləşdirəcək addımların hələ də atılmaması maraqlı məqamlardan xəbər verir. Belçikadakı fermer etirazlarından sonra Avropa Komissiyasının başçısı Ursula von der Leyenin təcili toplantı təşkil edərək fermerlərə dəstək olacaqlarını bildirməsinə, Fransa prezidenti Emmanuel Makronun Avropanın böyük fermer böhranı ilə üzbəüz qaldığını qəbul etməsinə və nəticədə Fransanın Baş Naziri Qabriel Attalın etirazların dayanacağı təqdirdə fermerlər üçün 150 milyon avroluq köməyi nəzərdə tutan tədbirlər paketini elan etməsinə baxmayaraq Avropa fermerləri hələ də etirazlarına davam edirlər.

Avropanın kənd təsərrüfatında çalışan sinfinin hazırda üzləşdiyi problemlərin həllinin gecikdirilməsi gələcəkdə daha böyük struktur dəyişikliklərinin baş verməsinə gətirib çıxara bilər.

Ardı var….

Ankara escort İstanbul Travesti Shemale İstanbul