27 İyul 2024 07:44

Ulaşlı-Şıxlı məktəbində Xocalı soyqırımının 32-ci ildönümü qeyd edildi-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay rayon Elnur Seyidov adına Ulaşlı-şıxlı kənd tam orta məktəbində  Xocalı soyqırımının 32- ci il dönümü ilə əlaqədar  soyqırım qurbanlarının xatirəsi anılıb.

Anım mərasimində məktəbin direktoru Aynur Mahmudova, pedaqoji heyyət, Eldəniz Rüstəmov və şagirdlər  iştirak  ediblər.

Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha  sonra  mərasimdə Eldəniz Rüstəmov və digər natiqlər  çıxış edərək erməni millətçilərinin Azərbaycan xalqının başına gətirdikləri faciələrdən, Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımdan danışıblar. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildiyi, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdiyini diqqətə  çatdırılıb. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandığı, 1275 nəfər əsir götürüldüyü, əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum  olmadığını vurğulanıb.

Sonra  Xocalı soyqırımının 32- ci il dönümü ilə əlaqədar  video-çarxlar nümayiş etdirilib.

Sonda şagirdlərin hazırladığı ədəbi-bədii  kompozisiya dinlənilib.