27 İyul 2024 07:38

Oğuzda tövlə və ot bağlaması yandı

Azadsöz.az xəbər verir ki, rayonunun Bayan kəndində ümumi sahəsi 260 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 14 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.