27 İyul 2024 08:05

Mingəçevirdə 7 otaqlı ev yandı

Azadsöz.az xəbər verir ki, Mingəçevir şəhərində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində yerləşən mətbəxdə 4 p.m mebel, 1 ədəd qabyuyan maşın, 1 ədəd qaz sobası və 1 ədəd aspirator yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.