27 İyul 2024 03:34

Göyçayda Xocalı soyqırımının 32-ci ildönümü qeyd edildi-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda Xocalı soyqırımının 32- ci il dönümü ilə əlaqədar  soyqırım qurbanlarının xatirəsi anılıb.

Anım mərasimində  Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Birinci Qarabağ, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, Azadsöz.az  xəbər saytının  və AzadSözAZ TV-nın  əməkdaşları və ictimaiyyət  nümayəndələri iştirak ediblər.

Tədbir  iştirakçıları  Göyçay şəhər Şəhidlər Xiyabanında Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə ucaldılan “Xocalı Soyqırımı” abidə  kompleksinin üzərinə  gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə  Əməkdar müəllimi Pərviz Yəhyalı, Xocalı sakini Mustafa Hümbətov və digər natiqlər çıxış edərək  erməni millətçilərinin Azərbaycan xalqının başına gətirdikləri faciələrdən, Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımdan danışıblar. Bildiriblər ki, Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq olub. Natiqlər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar. Ötən ilin sentyabr ayının 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə Xocalı şəhərinin işğaldan azad edildiyini,  bu tarixi ədalətsizliyə birdəfəlik son qoyulduğunu diqqətə çatdırıblar.

 

Səbuhi  Eltonlu

Gülşən Muradova

Arif  Heydərov

Zəka Nağıyev