27 İyul 2024 06:29

Xocalı qurbanlarını ehtiramla yad edir, Azərbaycana dəstəyimizi vurğulayırıq – TDT

Azadsöz.az xəbər verir ki, Xocalı faciəsində həyatını itirənlərin xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq.

Bu, Türk Dövlətləri Təşkilatının (TDT) “X” sosial şəbəkəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana dəstək paylaşımında yer alıb.

“Bu gün Azərbaycan tarixində çox faciəvi hadisə olan Xocalı soyqırımının 32-ci ildönümüdür. Bu dəhşətli hadisə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə hücumu zamanı baş verib. Bu dəhşətli hadisə qəlbimizi dərindən sarsıdarkən, bu hücumda həyatını itirənlərin xatirəsini ehtiramla yad edir və qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq”, – təşkilat vurğulayıb.