27 İyul 2024 08:06

Xocalı soyqırımı beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır – Rəsmi Bakı

Azadsöz.az xəbər verir ki, Xocalı soyqırımı beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanatında vurğulanıb.

Bildirilib ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi digər insanlıq əleyhinə cinayətlər kimi Xocalı soyqırımı da beynəlxalq humanitar hüququn, insan hüquqları hüququnun, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyaların kobud şəkildə pozulmasıdır.