27 İyul 2024 03:49

Ağstafada qəza olub, xəsarət alanlar var

Azadsöz.az xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yoldan çıxaraq dirəyə dəyib. Qəza zamanı 1994-cü il təvəllüdlü Cahan Cabbarov və 1995-ci il təvəllüdlü Əhməd İsayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.