08 Sentyabr 2024 03:41

Göyçayda “Duolingo” ilə ingilis dili hamı üçün əlçatandır!” adlı layihənin yekun hesabat tədbiri keçirilib-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, Göyçay rayon Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbində Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin fərdi kateqoriyası üzrə qalibi “Duolingo” ilə ingilis dili hamı üçün əlçatandır!” adlı layihənin yekun hesabat tədbiri keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon sektorunun əməkdaşları, lahiyə rəhbəri Rəxşəndə Həmidova, lahiyə üzrə  ekspert , rayon  təhsil ictimaiyyətinin nümayəndələri, şəhid övladı Eldəniz Rüstəmov, pedaqoji heyyət, şəhid  ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, məktəblilər  iştirak ediblər.

Tədbirə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev çıxış edərək layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, bölgələrdə bu kimi layihələrin icra olunması vacibdir.

Layihəni həyata keçirməkdə məqsəd Göyçay rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdlərinin ingilis dili biliklərini möhkəmləndirmək, onların ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqlarını inkişaf etdirməkdən ibarət olduğu diqqətə çatdırılıb.

Məlumat verilib ki, Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbində Göyçay rayonundan şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdləri üçün 3 aylıq ödənişsiz ingilis dili kursu fəaliyyət göstərib. İngilis dili kursunun təlim proqramına uyğun olaraq təlimçi Günay Süleymanova tərəfindən müdavimlərə ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqları öyrədilməklə kursun təlim proqramına uyğun olaraq “People”, “Lifestyle”, “Professions”, “Travelling” bölmələrin tədris edildiyini vurğulayıb.

Layihənin eksperti Ziba Məmmədova kursda təhsil alan 15 şagirdin ilkin test imtahanının nəticələrinə əsasən seçildiyini, hər 4 dərsdən bir 90 dəqiqəlik test imtahanı keçirildiyini, ümumilikdə layihənin uğurla icra edildiyini, ingilis dili təlimlərinin, ümumilikdə layihənin yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb.

Sonda layihə çərçivəsində təşkil olunmuş kursu bitirən müdavimlərə diplom və sertifikatlar təqdim edilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.