08 Sentyabr 2024 03:20

Göyçayda qəza: Xəsarət alanlar var – FOTO

Azadsöz.az xəbər verir ki, Göyçayda avtomobil “Dörd yol” adlanan ərazidə dairəyə çırpılıb.

Hadisə nəticəsində “Skoda” markalı avtomobil idarəetməni itirərək yoldan çıxaraq dairəyə çırpılıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində avtomobildə olan şəxslərin xəsarət aldığı və rayon mərkəzi xəstəxanasına aparıldığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.