08 Sentyabr 2024 03:35

Növbəti ağacəkmə aksiyası Natavan küçəsində keçirilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, ağacəkmə aksiyası Göyçay  rayonunda  mövsümə uyğun olaraq mərhələli  şəkildə  aparılır.

Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi tərəfindən 23 fevral  tarixində  növbəti  ağacəkmə  rayonun  Natavan  küçəsində keçirilib.

Qeyd olunan  küçədə  yolboyu  piyadaların hərəkəti  üçün nəzərdə tutulmuş  səkilərin kənarlarında  mövcud olan  yaşıllıq  hissələrinə əkiləcək 72 ədəd  Eldar  şamının və küknar  ağacının  yerləri müəyyənləşdirilərək çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.

Daha  sonra əkilməsi  işləri  həyata  keçirilib.Yeni əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb, su maşını vasitəsilə suvarılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd  edək ki, rayonun digər  yerlərinə  ağacların əkilməsi işləri qrafikə  uyğun olaraq  aparılacaq.

 

Səbuhi Eltonlu

Zəka  Nağıyev

Gülşən Muradova