22 Noyabr 2024 17:54

Göyçay Şəhid Ailələri Prezidentə MÜRACİƏT ETDİ

Azadsöz.az xəbər verir ki, Rusiyanın Domodedovo hava limanında saxlanılan  idmançı Kamil Zeynallını Azərbaycana  qaytarılması ilə bağlı Göyçay Şəhid Ailələri Qayğı Cəmiyyəti  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət  ünvanlayıblar.

 

Müraciətdə  deyilir:

“Sizin uzaqgörən siyasətiniz nəticəsində 30 ildi torpağlarımız düşmən tapdağı altında idi.İllərdi biz Vətən həsrəti ilə yaşayırdıq.2020-ci il 27 Sentyabr da “44-günlük” Vətən müharibəsi başladı. Rəşadətli ordumuz qələbə qazanaraq həsrətində olduğumuz torpaqları geri qaytardı.
Hörmətli Cənab Prezident İlham Əliyev.

Göyçay Şəhid Ailələri Qayğı Cəmiyyəti adından, Qalib Xalqın Qalib Vətəndaşları olaraq sizdən yazıb xahiş edirik ki, Kamil Zeynallının Vətənə qaytarılmasına öz köməyinizi göstərəsiniz. Kamil Zeynallı vətənini sevən, hər zaman Şəhid Ailələrinin, qazilərin və yardıma ehtiyacı olan hər kəsin yanında olan onlara dəstək olan bir Vətən oğludur”.

Müraciət edənlər:


1. Şəhid Polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Xəlilova
2.Şəhid Vilayət Rüstəmovun övladı Eldəniz Rüstəmov
3. Şəhid Əzizov Şəmistanın anası, Abdullayeva Əminə
4. Şəhid Şirəliyev İntiqamın anası, Şirəliyeva Almaz
5. Şəhid Hüseynov İlhamın atası, Hüseynov Umud
6. Şəhid Elton Əkbərovun qızı, Günel Əkbərova

Ankara escort İstanbul Travesti Shemale İstanbul