Azadsöz.az xəbər verir ki, Rusiyada saxlanılan idmançı Kamil Zeynallının ittiham olunduğu maddələr məlum olub.
O, Ermənistan Cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Sponsorluq edilən şəxsə qarşı müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur.
Kamil Zeynallının məhkəməsi isə sabah keçiriləcək.
Qeyd edək ki, Ermənistan Kamil Zeynallını 29 sentyabr 2020-ci il tarixində axtarışa verib.