Azadsöz.az xəbər verir ki, fevralın 20-də 14:20 radələrində Ağstafa rayonu, Heydər Əliyev prospekti, Səməd Vurğun parkına 2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) ilə bağlı çağırış daxil olub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, azyaşlı saat 14:40 radələrində başın təpə nahiyəsinin çapılmış yaraları diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili yardım şöbəsinə ambulansla gətirilib.
“Ona zəruri tibbi xidmətlər göstərilib, tetanus əleyhinə zərdab vurulub. Hazırda Ağstafa RMX-nın Təcili yardım şöbəsində həkim nəzarətindədir”, – deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, sosial şəbəkə platformalarında azyaşlı oğlan uşağının anası tərəfindən daşla xəsarət yetirilməsinə dair məlumat yayılıb.
*****
18:15
Azadsöz.az xəbər verir ki, Ağstafa rayonunda ana uşağına qarşı zorakılıq edib.
Uşağa anası tərəfindən daşla baş nahiyəsindən xəsarət yetirilib.
Hazırda Daxili İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma aparır, müvafiq ekspertiza təyin olunub.
“Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – deyə DİN-in açıqlamasında qeyd olunur.