08 Sentyabr 2024 06:24

Göyçayda müəllimə vəfat etdi-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay rayonu Qarayazı kənd orta  məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi Abdullayeva Nazbacı Mədət qızı bu gün 71 yaşında vəfat  edib.

Onun uzun sürən xəstəlikdən vəfat etdiyi  bildirilir.

Qeyd  edək ki, Nazbacı Abdullayeva1953-cü il yanvarın 28-də Xaçmaz rayonunun Aşağı Zeyid kəndində anadan olub. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnistitunun Filalogiya fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra ailə həyatı quraraq Göyçay rayon Qarayazı kəndinə köçüb və həmin kənddə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 

 

 

Səbuhi Eltonlu 

Gülşən Muradova