Azadsöz.az xəbər verir ki, hadisə şəhərin “Yeni Yevlax” avtovağzalı adlanan ərazisində baş verib. Belə ki, Bakı-Gəncə istiqaməti üzrə işləyən taksi sürücüləri olan 36 yaşlı Nadir Ciqarovla 44 yaşlı Samir İsmayılov arasında mübahisə düşüb. Mübahisənin sonunda hər iki şəxs bir-birilərinə bıçaqla xəsarət yetiriblər. Onlar xəstəxanaya yerləşdiriliblər, hər ikisinin vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.