18 İyun 2024 12:50

Ermənistan MN-dən sərhəddəki təxribatla bağlı AÇIQLAMA

Azadsöz.az xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açması ilə bağlı açıqlama yayıb. 

Yayılan açıqlamada bildirilir ki, fakt araşdırılır. 

“Fakt təsdiqlənərsə, əmri pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar”, – Ermənistan MN-in məlumatında deyilir. 

Qeyd edək ki, təxribat nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.