27 İyul 2024 04:56

Göyçayın dəmir yolu keçidində hərəkət müvəqqəti dayandırılacaq-TARİX

Azadsöz.az xəbər verir ki, 14 fevral 2024-cü il tarixdə saat 09:00-dan 18:00-dək Göyçay-Bərgüşad avtomobil yolunun üzərində yerləşən dəmir yolu keçidində cari təmir işləri aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılacaqdır.

Aparılacaq təmir işləri yekunlaşanadək zərurət yaranacağı təqdirdə alternativ yollardan istifadə olunması tövsiyə edilir.