27 İyul 2024 08:05

Xankəndiyə polis rəisi təyin edildi

Azadsöz.az xəbər verir ki, polis polkovniki Zaur Nəsirov Xankəndi Şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, bundan əvvəl Zaur Nəsirov Göygöl Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.