27 İyul 2024 06:32

Zaqatala sakini intihar etdi

Azadsöz.az xəbər verir ki,  hadisə rayonun Dardoqqaz kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Ömərxan Makarov yaşadığı evin həyətində olan istifadəsiz mal tövləsində özünü asaraq intihar edib. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.