20 May 2024 11:37

Neftçalada 18 yaşlı qız dəm qazından boğularaq ÖLDÜ

Azadsöz.az xəbər verir ki, hadisə şəhərin Məhəmməd Hadi küçəsində baş verib. Yaşadığı evin hamam otağında dəm qazından zəhərlənən İsmayılova Səbinə Ramin qızı yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.