27 İyul 2024 04:07

Göyçayda yol keçən qadını maşın vurub öldürdü-SON DƏQİQƏ

Azadsöz.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay rayonunun Cəyirli kəndi  ərazisində qeydə alınıb.

Rayonun Kürdəmiş  kənd sakini Atakişiyev Famil Zaur oğlunun idarə  etdiyi   VAZ 2107  markalı avtomobillə yolu keçən rayonun Qaraxıdır kənd sakini, 1983-cü il təvəllüdlü Göyçək Səhrab qızı İsgəndərovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.