27 İyul 2024 08:37

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Azadsöz.az xəbər verir ki, dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Fevralın 12-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var.