08 Sentyabr 2024 05:27

“Qalatasaray” liderliyə yüksəldi

Azadsöz.az xəbər verir ki, “Qalatasaray” Türkiyə Superliqasında 25-ci tur oyununa çıxıb.

“Cim-Bom” “Başakşehir”i qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalını 66-a (25 oyun) yüksəldən “Qalatasaray” turnir cədvəlində 1-ci pilləyə yüksəlib. 24 oyundan 63 xalı olan “Fənərbaxça”  2-cidir. “Beşiktaş” isə 39 xalla (24 oyun) 3-cü pillədə qərarlaşıb.