27 İyul 2024 04:03

BƏƏ lideri Prezident İlham Əliyevə zəng etdi

Azadsöz.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

BƏƏ-nin “Emarat Al Youm” qəzeti tərəfindən yayılmış təbrikdə deyilir: “Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edir, ona Azərbaycanın daha da tərəqqisi və inkişafı istiqamətində fəaliyyətində uğurlar arzu edirəm. Hər iki ölkənin və xalqın maraqları naminə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraqlar bazasının genişləndirilməsi məqsədilə onunla birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm”.